Khmer issarak

Khmer issarak
Quruluş tarixi 1944


Khmer issarak (khm. ខ្មែរឥស្សរៈ, hərf. Azad khmer) — antifransa və antimüstəmləkə müstəqillik hərəkatı.[1] Hərəkət "amorf" kimi etiketlənmişdir.[2] İssarak təxminən 1945-ci ildə yaradılmış və hər birinin öz lideri olan bir neçə fraksiyadan ibarət olmuşdur.[3] İssarak fraksiyalarının əksəriyyəti 1945-ci ildə İkinci Dünya müharibəsinin bitməsi ilə 1953-cü ildə Kambocanın müstəqilliyi arasında fəal mübarizə aparırdılar. Khmerlərin ilkin məqsədləri müstəqillik əldə etmək üçün fransızlara qarşı mübarizə aparmaq idi, lakin daha sonra Kamboca hökumətini devirməyə yönəlmişdir.[4] [5] İssarak termini ilkin olaraq qeyri-kommunistlərə istinad edirdi, lakin 1950-ci illərin əvvəllərində Vyetminin rəhbərlik etdiyi partizanlar digər qeyri-kmmunist qüvvələri birləşdirmək naminə özlərini issarak adlandırmışdılar.[6]

  1. Murashima, Eiji. "Opposing French colonialism Thailand and the independence movements in Indo-China in the early 1940s". South East Asia Research. 13 (3). November 1, 2005: 333–383. doi:10.5367/000000005775179702.
  2. Becker, 1998. səh. 51
  3. Grant, Jonathan S.; Moss, Laurence A. G.; Unger, Jonathan, redaktorlar Cambodia: the Widening War in Indochina. New York: Washington Square Press. 1971. səh. 314. ISBN 0671481142.
  4. Murashima, Eiji. "Opposing French colonialism Thailand and the independence movements in Indo-China in the early 1940s". South East Asia Research. 13 (3). November 1, 2005: 333–383. doi:10.5367/000000005775179702.
  5. Becker, 1998. səh. 70
  6. Becker, 1998

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy